Xəzər dənizinin mühafizə olunan əraziləri
Xəzərin mühafizə olunan əraziləri — Xəzər dənizinin sahilləri Avroasiya regionunda sudaüzən və suətrafı quşların kütləvi şəkildə yaşadığı əsas yerlərdən biridir. Xəzər regionundan Avropa və Asiyanın müxtəlif ölkələrinə ildə 5-6 mln. sudaüzən quş miqrasiya edir. Xəzər dənizi üç qoruğa malikdir.
Həştərxan qoruğu – o dənizin şimal hissəsində, Volqa kimi böyük çayın deltasının aşağısında yerləşmişdir. Sahəsi 66,8 min ha təşkil edir. Qoruq 1919-сu ildə yaranmışdır, onun həll etdiyi məsələlər Volqanın mənsəbinin təbii resurslarının və genetik fondunun mühafizəsi və toplanması, delta əmələgəlmənin dinamikası və orada yaşayanların həyat tərzini tədqiq etməkdir. Qoruğun fəaliyətinin məqsədi köçəri quşların yuvaladığı yerlərin, nadir bitgilərin mühafizəsi, balıqların kürü tökməsinin təsərrüfat baxımından mənimsəniləmsidir. Burada məməlilərin 30 növü yaşayır: ondatra, qaban, susamuru, çay boru, desman, Amerika norkası; balıqlardan – nərə balıqları, siyənəklər; quşlar – ördəklər, sonalar və s. 1984-сü ildən beynəlxalq biosfer qoruğudur.